Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elmar Məmmədyarov:"Fransanın ADR-in tanınmasında çox böyük rolu olub"

 

"Biz ölkələrimiz arasında iqtisadi, enerji və sosial məsələləri müzakirə etdik. Ümümiyyətlə bu, 1997-ci ildən bəri Fransanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Fransanın Azərbaycan Demokratik Respublikasının tanınmasında çox böyük rolu olub".

Yenixeber.org:  Bunu Bakıda fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, bildirib ki, bu gün də Fransa və Azərbaycan arasında ADR dövründə olduğu kimi, təhsil sahəsində xüsusi əməkdaşlıq var. Hazırda 50-dən çox Fransa şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Nazir görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğunu bildirib:
"Dağlıq Qarabağ münaqişəsi mövzusunu da ikitərəfli və çoxtərəfli formatda müzakirə etdik. Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə həllinə öz tövhəsini verməkdədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam