Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Qarabağ məsələsindən oyuncaq kimi istifadə olunur”

 

oqtay esedov 2

  "Xeberinfo.com": Milli Məclisin 17 oktyabr iclasında söz alan deputat Fazil Mustafa Avropa Parlamentində Dağlıq Qarabağın separatçı rejimi ilə dostluq qrupu yaradılmasını pisləyib: “Kim Dağlıq Qarabağ ermənilərinin dostları klubuna daxil olacaqsa, onların Azərbaycana gəlişi qadağan olunmalıdır”.

Deputat Azərbaycan parlamentinin bu məsələ ilə bağlı xüsusi müraciət qəbul etməsini istəyib: “Azərbaycan parlamenti Avropa Parlamentini bu addımdan çəkinməyə çağırıb bildirsin ki, kim qərara dəstək olacaqsa, onun Azərbaycana gəlişi qadağan olunacaq”.

“Media forum” saytının məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Avropa Parlamentində Dağlıq Qarabağ rejimi ilə dostluq qrupu rəsmi səviyyədə yaradılmır: “Düzdür, biz artıq öyrəncəli olmuşuq. İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Lakin rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir xəbər yoxdur. Ona görə də rəsmi qərar olmadan münasibət bildirməyək”.

Oqtay Əsədov qeyd edib ki, dünyada ədalət prinsipi itib: “Hansı böyük qüvvəyə nə əl verirsə, onu da edir. Qarabağ məsələsindən oyuncaq kimi istifadə olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam