Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İki alpinistin meyiti ailəsinə təhvil verilib -(Yenilənib)

İki alpinistin meyiti ailəsinə təhvil verilib - (Yenilənib)
Qubada qar uçqunu altında qalmış alpinistlərdən ikisinin meyiti artıq ailəsinə təhvil verilib.
Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, Fəridə Cəbrayılzadənın nəşi Masallı rayonuna, Namin Bünyatzadənin cənazəsi isə Şəmkir rayonuna aparılıb. Babur Hüseynovun nəşi bu saatlarda ailəsinə təhvil veriləcək.

“Cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyi tərəfindən dərhal komissiya yaradılıb. Həmin komissiyaya 3 nəfər rəhbərlik edib - Quba rayon şöbəsi ekspertizanın rəhbəri Çingiz İsgəndərov,Xaçmaz rayon ekspertizanın rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertizanın şöbə rəisi Nizami Qasımov. Onlar istintaq araşdırma axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalığa gediblər. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələrə başlanılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayionələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam