İsrail ordusunun mətbuat xidməti Suriya ordusuna məxsus “Pansir C1” zenit raket top kompleksinin (ZRTK) İsrailin “Spike NLOS” raketi ilə vurulduğu anın görüntüsünü yayıb.

Yenixeber.org: Video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.

Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olur. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.

Zərbədə əsas hədəf “Pansir-C1” sistemi olub.

Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.

Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.