Sputnik Azərbaycan-nın məlumatına görə, Sarqsyan bu barədə özünün Instagram səhifəsində yazıb. O, layihənin təşkilatçılarının bu barədə izahatını qeyd edərək bildirib ki, baş verənlər texniki səhv olub və onlar həm müğənnidən, həm də duyğularının təhqir olunduğunu düşündükləri digər insanlardan üzr istəyiblər.
"Biz hamımız insanıq və bəzən səhv edə bilərik. Mən "Голос країни" komandasını yaxşı tanıyıram və onların üzrxahlığının səmimi olduğuna inanıram. Mənim çıxışım insan hüquq və azadlıqları uğrunda mübariziyə həsr olunmuşdu və orada təxribata yer yox idi", — müğənni bildirib.
"Mən dəstəyə və inkişaf imkanlarına görə layihənin peşəkar komandasına minnətdaram. Ukraynalılara, onların isti və xeyirxah münasibətinə görə isə daha çox minnətdaram", — deyə Sarqsyan əlavə edib.
Onun sözügedən çıxışının videosu "Голос країни" layihəsinin "YouTube"dakı rəsmi saytından silinib və əvəzində səhvlərin düzəldiyi yeni çarx yerləşdirilib. Yenilənmiş çarxı da diqqətinizə təqdim edirik.