Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kremlin İrəvan qorxusu:Rusiyada 2 gün sonra... - Stratfor

 

 

   

Ermənistanda yaranan siyasi böhranda Rusiya müşahidəçi statusu daşıyır.

Yenixeber.org: Bu iddia ilə “Stratfor” şirkəti çıxış edib.

“Moskva Ermənistanda baş verənləri diqqətlə izləyir, ölkədə baş verənlərin necə inkişaf edəcəyini anlamağa çalışır. Ermənistandakı etirazçılar artıq ölkədə baş naziri istefaya göndərə biliblər. Böyük ehtimalla Moskva əmin olmaq istəyir ki, Rusiyada gələcəkdə baş verəcək etirazlar bu ssenari üzrə inkişaf etməyəcək.

 

Aleksey Navalnı artıq mayın 5-də Rusiyada kütləvi aksiyalara başlayacaq. Navalnının hərəkatının Ermənistandakı məxməri inqilabla ümumi əlaqələri var və bu da Kremli narahat edir. Moskva həm də əmin olmaq istəyir ki, Nikol Paşinyan hökumətinin xarici siyasətində qəfil dönüşlər olmayacaq. Hər bir halda Kreml Ermənistandakı məxməri inqilaba qarşıdır. Bununla da o, eyni ssenarinin Rusiyada təkrarlanmasını legitimləşdirmək istəmir. Rusiya xüsusilə Ermənistandakı stabillikdə maraqlıdır. Onu İrəvanda hakimiyyətdə kimin olacağı maraqlandırmır”, – deyə məqalədə bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam