Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvanda şok yaşanır: ərzaq idxalı dayandı -Canlı

 

 

 

İrəvanda etirazlar yenidən başlayıb.

Yenixeber.org: Etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.

Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.

Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.

***

İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.

Ermənistan hava limanının bir qisim işçisi də etiraz aksiyalarına qoşulub. Onlar hava limanında bu gün tətil elan ediblər.

***

Ermənistan parlamentinin iclası baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Çarukyan Bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini bildirib.

***

İrəvan metrosunun da fəaliyyəti iflic oldu. Metronun əməkdaşları ölkədəki etiraz aksiyalarına qatılıblar. Onlar metronun fəaliyyətini dayandırıblar.

***

Etirazçılar Ermənistanda bir sıra nazirliklərin girişini qapadıblar. Polis hazırda nazirliklərin qarşısını bu şəxslərdən təmizləməyə çalışır.

Erməni mətbuatı hazırda şəhərin faktiki olaraq iflic vəziyyətində olduğunu bildirib.

***

İrəvanda etirazçılar Respublika meydanına toplaşmağa başlayıblar.

Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə də etirazlar başlayıb. Yüzlərlə etirazçı şəhər meriyasına daxil olub. Onlar meriyanın işinin dayandırılmasını tələb ediblər.

***

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazçılar meriyanın qarşısına toplaşıblar, həmçinin şəhərin mərkəzi küçələri qapılıb.

İrəvandakı etirazlara Qarabağdakı ermənilər də qoşulub. Qarabağdan İrəvana gedən və aksiyaya qoşulan ermənilər Serj Sərkisyanla heç bir əlaqələrinin olmadığını deyiblər.

***

Ermənistanın Amulsar qızıl yatağında işlər dayandırılıb. Buna səbəb işçilərin ölkədə etirazlara qoşulması olub. Onlar İrəvana doğru hərəkət etməyə başlayıblar.

Vanadzorda isə aksiya iştirakçılarının sayı artıb. Aksiyalara bütün tələbələr qoşulub. Vanadzora qonşu olan kəndlərin məktəblərin şagirdləri də aksiyalara qoşulmaq üçün şəhərə axın etməyə başlayıblar.

***

Gümrü meriyasına daxil olan etirazçılar mer Samvel Balasanyanın Respublika Partiyasını tərk etməyə çağırıblar. Onlar Balasanyandan cavab gəlmədiyini gördükdə Gümrünün daha merinin olmadığını bəyan ediblər.

***

Ermənistanın dəmir yolları da iflic olub. İrəvandan Gürcüstan sərhədinə gedən dəmiryolu xəttində 14 ərazi etirazçılar tərəfindən tutulub.

İrəvan-Gümrü dəmiryolu da qapadılıb. Gümrüdən gələn qatar yolun yarısında etirazçılar tərəfindən dayandırılıb.

***

Tavuş vilayət administrasiyasının rəhbər şəxslərindən başqa bütün əməkdaşları ölkədəki etiraz aksiyalarına qoşulub. İcevan şəhər meriyasının əməkdaşları da etirazlara başlayıblar.

Etirazlara yalnız mer qoşulmayıb.

***

Ermənistanda etirazçılar Respublika Partiyasından olan deputatların telefonları və ünvanlarını ictimailəşdirməyə başlayıblar.

Artıq bəzi deputatların evləri etirazçılar tərəfindən mühasirəyə alınıb. Ermənistan parlamentinin spikeri Ara Babloyan etirazçıları bu addımlardan yayınmağa səsləyib.

***

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ölkəyə gələn məhsulların olduğu yük avtomobillərinin siyasi hadisələr ucbatından ölkəyə girişinin məhdudlaşdığını açıqlayıb.

Komitə bunun ərzaq təhlükəsizliyinə təhdid olduğunu bildirib.(axar)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam