Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Azərbaycan cəza siyasətinə humanist yanaşır"

"Azərbaycan cəza siyasətinə humanist yanaşır"

 

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai ilə görüşüb

Yenixeber.org:  Ədliyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunan görüşdə Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülən tədbirlər, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklərin edilməsi, həbs edilmiş şəxslərin sayının azalması, Probasiya xidmətinin fəaliyyəti, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş islahatlar barədə məlumat verilib, bu sahədə Azərbaycanın Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin qaliblərindən olduğu və digər nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görüldüyü qeyd olunub.

Qonaq Azərbaycan Prezidentinin sərəncamının müstəsna əhəmiyyətini qeyd edərək dövlətimizin cəza siyasətinə humanist yanaşmasını təqdir edib, bu sahədə atılan addımların digər ölkələr üçün önəmini vurğulayıb. Xanım N.Nikolai, həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi üzrə həyata keçirilən islahatları böyük maraqla qarşılayaraq faydalı fikir mübadiləsi aparıb.

Səmərəli müzakirələr zamanı Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, o cümlədən probasiya, mediasiya və digər prioritet sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev də iştirak edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam