Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Avropadan gələn məruzəçi Ədliyyə Nazirliyində

 

Avropadan gələn məruzəçi Ədliyyə Nazirliyində
Aprelin 27-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.
Yenixeber.org: Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinin qeyd olunduğu görüşdə Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlər, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklərin edilməsi, həbs edilmiş şəxslərin sayının azalması, Probasiya xidmətinin fəaliyyəti, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş islahatlar barədə məlumat verilib. 

Həmçinin bu sahədə Azərbaycanın Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin qaliblərindən olduğu və digər nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görüldüyü qeyd edilib.

Qonaq Azərbaycan Prezidentinin Sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq dövlətimizin cəza siyasətinə humanist yanaşmasını təqdir edib, bu sahədə atılan addımların digər ölkələr üçün önəmini vurğulayıb. Xanım N.Nikolai, həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi üzrə həyata keçirilən islahatları böyük maraqla qarşılayaraq faydalı fikir mübadiləsi aparıb.

Səmərəli müzakirələr zamanı Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, o cümlədən probasiya, mediasiya və digər prioritet sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdə Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev iştirak edib.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam