Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"DekaBank"ın sabiq rəhbərinin məhkəməsində Mərkəzi Bankın məktubu elan olunub

 

 

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Mərkəzi Bankın müxbir hesabından çıxarışla əlaqədar sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğuya cavab gəldiyi bildirilib.

Mərkəzi Bankın məktubu məhkəmədə elan olunub. Qeyd edilib ki, hazırda "DekaBank" ləğvetmə prosesində olduğu üçün, bütün sorğular Əmanətlərin Siğortalanması Fonduna ünvanlanmalıdır.

Məhkəmədə elan olunub ki, müxbir hesabından çıxarışla əlaqədar olaraq, "DekaBank"a da sorğu göndəriləcək.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam