Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

5 milyonluq ittiham... Bank rəhbəri olmuş Niyazi Vəliyevin məhkəməsi başladı

 

 

Külli miqdarda mənimsəmədə ittiham edilən bank rəhbərinin məhkəməsi keçirilib

 

Yenixeber.org: Ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Bu iş üzrə daha bir nəfər təqsirləndirilən şəxs var. Həmin şəxs Bəhram Hüseynovdur və "DekaBank"ın Maliyyə Departamentinin direktoru vəzifəsində çalışdığını deyib. Prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Niyazi Vəliyevin vəkili bildirib ki, cinayət işi materiallarında sübutlar siyahısında yer alan mütəxəssis tərəfindən tərtib edilmiş akt əsassızdır. Vəkil həmin mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

"Həmin mütəxəssis tərəfindən tərtib edilən akt əsasında ittiham irəli sürülüb. Seymur Abbasov adlı mütəxəssis bu aktı tərtib edib. Həmin şəxs kimdir, bu yoxlamanı aparmağa savadı varmı, təhsili nədir? Bu barədə cinayət işi materiallarında bir dənə də olsun məlumat yoxdur. İstintaq tərəfi özü bildiyi bir mütəxəsisi dəvət edib. Heç təqsirləndirilən şəxsin bundan xəbəri olmayıb. Bu akta etiraz edirik və sübutlar siyahısından çıxarılmasını tələb edirik" - deyə vəkil vəsatətini əsaslandırırakən deyib.

Dövlət ittihamçısı və "DekaBank"ın nümayəndəsi vəsatətin əsassız olduğunu bildiriblər və təmin edilməməsini istəyiblər.

N.Vəliyevin digər vəkili də vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Vəkil qeyd edib ki, cinayət işi materialları ilə müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar ziddiyyət təşkil edir: "Cinayət işi qərəzli aparılıb. Sanki "DekaBank" sadəcə Niyazi Vəliyevdən ibarət olub və bütün işləri o görüb".

Məhkəmədə məlum olum olub ki, Niyazi Vəliyevdən başqa "DekaBank"ın 6 vəzifəli əməkdaşı barədə cinayət işi açılıb. Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb. Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin edilib.

Bildirək ki, külli miqdarda vəsaiti mənimsəmə ittihamı edilən N.Vəliyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308-ci və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "DekaBank" ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumudur.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam