Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının müavini jurnalistdən bir milyon istədi

 


    "Xeberinfo.com": Arazxeber.com xəbər verir, bir müddət əvvəl ölkə mətbuatının gündəmində geniş yer alan Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Afət Həsənova və “Azerbaycaninfo.com” sayıtının rəhbəri Subut Mehdiyevin məhkəmə çəkişməsi yenidən gündəmə gəlib. 01.07.2014-cü il tarixdə ”Azerbaycaninfo.com ”sayıtında gedən “Qubanın İcra başcısının müavini onun sevgilisidir?” başlıqlı məqaləyə görə sayıtın rəhbərini xüsusi iddiham qaydasında Yasamal rayon məhkəməsinə verən Afət Həsənova məhkəmədə “sifarişinin” qəbul olunmadığını görüb indi də başqa üsula əl atmalı olub. Belə ki, xanım Həsənova “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması və onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə Laçın rayon məhkəməsinə müraciət etmişdir. Vurulmuş zərərin dəyərini hesablayan Afət xanım məbləği yuvarlaqlaşdıraraq 1.000.000 manat qeyd etmişdir. Görünür Afət xanım zərəri hesablayarkən öz büdcəsinə üyğun məbləğ fikirləşmişdir. Zərəri dəyərləndirən xanım Həsənova bir məsələni unutmuşdur ki, jurnalistin bir milyon manatı heç vaxt olmayıb və heç vaxt da olmayacaq. Bu məbləğ olsa-olsa ancaq İHB-nın müavinində ola bilər. Jurnalistlərin isə bir milyon manat ancaq yuxularına girə bilər. 
Mətbuatın diqqəti indi də Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon məhkəməsinə yönəlb. Artıq 01 oktyabr 2014-cü il tarixdə hazırlıq iclası keçirilib. Məhkəmənin gedişatı barədə müntəzəm məlumatlar verəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam