Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Düşmən seçki günü təxribata əl atsa, onları məhv edərik” –Polkovnik

 

“Düşmən seçki günü təxribata əl atsa, onları məhv edərik” – Polkovnik
"Əlamətdar günlərdə düşmən təxribatlar törətmək istəyir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təxribat cəhlərinin qarşısının alınması ilə bağlı tapşırıq verib və lazım olan tədbirlər görülüb"
Yenixeber.org: Bunu açıqlamasında Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, nazirin tapşırığı ilə cəbhədəki vəziyyət analiz olunub: 

"Azərbaycan Silahlı Qüvvələri əlamətdar günlərdə ayıq-sayıqlığını artırır. Düşmənin törətmək istəyəcəyi bütün təxribatların qarşısının alınması üçün əlavə tədbirlər görülüb. Düşmənin bizim seçkilərə mane olacaq heç bir şansı yoxdur. Cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərimiz düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır".

Ramaldanov qeyd edib ki, hər zaman olduğu kimi seçki günündə də cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi təmin olunacaq: "Cəbhə bölgəsində, təmas xəttində yerləşən çoxsaylı yaşayış məntəqələri, rayonlarımız var. Orada yaşayan əhalidə seçkilərdə iştirak edəcək. Cəbhə bölgəsində olan əhalinin təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Düşmən hər hansı bir təxribata əl atmaq istəsə, onun qarşısı dərhal alınacaq. Düşmənin bütün fəaliyyəti nəzarətdədir. Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi seçki günü də öz vəzifəsini layiqincə yerinə yetirəcək. Düşmənə imkan verilməyəcək ki, hər hansı təxribatla bizim seçkilərə müdaxilə etsin. Onların təxribatı, atəş mövqeyi əvvəlkindən daha məhvedici cavab alacaq". 

Xatırladaq ki, aprelin 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb. Nazir qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.(azvision)

Anar Kəlbiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam