Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

DİN-dən uşaq oğurluğu ilə bağlı məlumatlara münasibət –Direktor Polis İdarəsinə çağırıldı

 

trend_school_13_141211_14Daxili İşlər Nazirliyi Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib.

Yenixeber.org: Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə yayılan məlumatın tam əsassız olduğunu bildirib: “Bu cür məlumatlar əhali arasında panika yaymaq məqsədi güdür. Nəinki Sumqayıtda, respublikanın heç bir bölgəsində orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimailəşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında bildirib ki, rəhbərlik etdiyi məktəbdə belə bir hal olmayıb, yayılan məlumatlar şayiədir. Vətəndaşlar bu cür təxribatlara uymamalıdır. Vətəndaşlar qarşılaşdıqları qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat versinlər”.

Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 24 saylı orta məktəbin qarşısında bir nəfərin uşaqları oğurlaması barədə səs yazıları və videokadrlar yayılıb.

Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam