Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir oğlunun şikayəti təmin edilmədi

 

   "Xeberinfo.com": Xəbər verildiyi kimi, bu gün Xətai Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməsi ilə bağlı proses başlayıb. 
    Məlumata  görə, məhkəmə iclasında R.Arifoğlunun hüquqlarını vəkil Elçin Sadıqov və Vaqif Hüseyn təmsil edib.
 
   Onlar məhkəmə heyətindən A.Məmmədovun şikayətinin təmin edilməməsini tələb ediblər.
   Hər iki tərəfin nümayəndələrinin çıxışından sonra hakim Habil Məmmədov müşavirəyə gedib.
Hakim müşavirədən qayıtdıqdan sonra nəqliyyat nazirinin oğlunun şikayətinin təmin edilmədiyini bildirib. Əsas da budur ki, iddiaçı məhkəməyə göndərdiyi ərizəni özü imzalamalı olduğu halda, bir başqası imzalayıb. Bu da məhkəmə qanunvericiliyi ilə birbaşa qanun pozuntusudur. 
Qeyd edək ki iddia ərizəsində A.Məmmədov  R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edirdi. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam