Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyadan alınan silahların keyfiyyətsizliyi ilə bağlı Azərbaycandan rəsmi cavab

Rusiyadan alınan silahların keyfiyyətsizliyi ilə bağlı Azərbaycandan rəsmi cavab

 

Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır

Yenixeber.org: Bunu Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildiriblər.

Nazirlik bəyan edir ki, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb:

"Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.

Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır".

Qeyd edək ki, Polşada nşər olunan "Беларуская Праўда" nəşri yazıb ki, Azərbaycan Rusiyadan aldığı silah və texnikada ciddi nöqsanlar aşkar edib.

Nəşr öz mənbələrinə istinadən yazır ki, məsələni rəsmi Bakı 2017-ci ildə hökumətlərarası komissiyanın qapalı iclasında qaldırıb. Mövcud müqavilələr çərçivəsində Rusiyanın silahların göndərilməsi ilə bağlı öhdəliklərinin icrasına xüsusi diqqət ayırıb. Qeyd edilir ki, xüsusilə, Т-90С, БМП-3, БТР-82, САУ "Мста-С", РСЗО "Смерч", ЗРК "Тор-М2"nin göndərilməsi ilə bağlı öhdəliklərin icrasında narazılıq ifadə edilib. Əsas iradlar texniki komplektləşdirmə, texniki sənədlərin çatışmazlığı, bəzi silahların istehsal xətası səbəbindən sıradan çıxması olub.

Daha sonra bu xəbər tirajlanaraq xarici və yerli mediada, eləcə də sosial şəbəkələrdə yayılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam