Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İtkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür" -FOTO

"İtkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür" -

 

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda konfrans keçirilib

Yenixeber.org: Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır:

"XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonlarında da erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti davam edib, nəticədə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal edilib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Baş prokurorluq, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi və ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları ilə bağlı 600-dan çox cinayət işi başlanıb, müxtəlif istintaq tədbirləri aparılıb".

Erməni terrorunun 100 ildən artıq yaşı olduğunu deyən E.Səmədovun sözlərinə görə, ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkə və şəhərlərdə türkiyəli diplomatlar qətlə yetirilib.

O deyib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir:

"Gələcəkdə ekshumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında saxlanılır".

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev bildirib ki, Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam