Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

 

 

Bakıda "Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!" şüarları altında Afrin Zəfər Festivalı keçiriləcək

 

Yenixeber.org: Okuklu Holdinq İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə keçiriləcək Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmiləri, səfirlik nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edəcəklər.

Afrin Zəfər Festivalına Türkiyədən "EkoAvrasya" İdarə heyətinin sədri Hikmet Eren, "EkoAvrasiya" Məşvərət Şurasının sədri, keçmiş millət vəkili Feramüz Üstün, Uşakdan olan millət vəkili Mehmet Altay, Kilisdən olan millət vəkili Reşit Polat, "ALT Yapım" rəhbəri Sacit Altun və başqaları qatılacaq.

Festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi terrorçulardan azad olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam