Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ombudsmanın nümayəndələri Leyla Yunusla görüşdülər

 

 

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq (İT) təcridxanasında araşdırma aparıblar.

  "Xeberinfo.com": Ombudsman Aparatının mətbuat xidmətindənəldə etdiyimiz məlumata görə, araşdırmada məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Leyla Yunusovanın təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı Müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.

Qeyd edilib ki, L.Yunusovanın saxlandığı kameraya baxış keçirilib, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüş olub.

Baxış zamanı kameranın şəraitinin standartlara uyğun olduğu, sanitar qovşaq istisna olmaqla, adambaşına 4.3 kvadratmetr sahə düşdüyü, sanitariya qaydalarına riayət edildiyi, kameraya aid gəzinti yerinin (üstü açıq) səhər saat 10-00-dan axşam saat 17-00-dək açıq olduğu, digər vaxtlarda isə pəncərəni açmaqla otağın havasının dəyişdirildiyi müəyyən edilib.

Adlarının mətbuatda çəkilməsini istəməyən həmin təqsirləndirilən şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Təqsirləndirilən şəxslərdən N.H. bəzi kütləvi informasiya vasitələrində onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib, ümumiyyətlə, siqaret çəkmədiyini söyləyib.

L.Yunusova və kamerada olan 3 nəfər digər 2 şəxsin siqaret çəkməsinin onlara narahatlıq yaratmadığını bildiriblər.

Həmin şəxslər L.Yunusova ilə N.H. arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.

Leyla Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırılan zaman məlum olub ki, İstintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.

Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam