Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİN Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb

 

 

 

Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Yenixeber.org: Bildirilir ki, bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri, əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam