Redaktor seçimi
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Günün xəbəri

Dövlətdən pul almaq pisdir, xaricdən yaxşı?– Əli Həsənov

Dövlətdən pul almaq pisdir, xaricdən yaxşı?

 

 

Qurultayda səsləndirilən təkliflərin bir qismi Azərbaycan hakimiyyətinə ünvanlandığından, onlara cavab vermək zərurəti yarandı. Burada səsləndirilən dəyərli fikirlərin hökumətə, Azərbaycan Prezidentinə, Ulu öndərin tarixi fəaliyyətinə ünvanlandığını düşünürəm

 

     Yenixeber.org: Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Jurnalistərin VII qurultayında yekun çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, burada seçiləcək yeni nümayəndələr haqqında, qurultay barəsində mənfi rəy səsləndirənlər olacaq.

“Bundan qorxmayın. Nə qədər ki, cəmiyyət var, belə münasibətlər də olacaq. Çalışın ki, onlara cavabı öz şəxsiyyətinizə uyğun verəsiniz. Siz cəmiyyəti formalaşdıran əsas institutlardan birini təmsil edirsiniz. Bu gün yaxşı və pis nümunələri də cəmiyyətə mətbuat tirajlayır. Sizi düşündüyünüz və olduğunuz kimi olmağa çağırıram. Kənar qüvvələrin fikirlərinə əhəmiyyət verməyin. Bundan sonra medianın fəaliyyəti bu gün Mətbuat Şurasının İdarə Heyətinə seçilən üzvlərlə tənzimlənəcək. Biz də kimin seçilməsindən asılı olmayaraq, onlarla işləməyə hazırıq. Xatırladım ki, hər dəfə görüşlərdə səsləndirilən fikirlər Azərbaycan Prezidentinin diqqətində olur”.

Ə.Həsənov mətbuatın dövlət büdcəsindən maliyyələşməsi barədə səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib:

“Nəyə görə dövlətinin sərvətindən aldığın pay günah sayılmalıdır, xarici qrantlardan maliyyələşmək normal hal hesab edilməlidir? Sizi ittiham edənlər hansı mənbələrdən maliyyələşirlər?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam