Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Akif Əli məsuliyyət hissini itirərək...” -Əli Həsənov

 

“Akif Əlinin məsuliyyət hissini itirərək...”

 

 

Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər. Onlar təmsil etdikləri qurumların media ilə münasibətlərini sağlam zəmində, işgüzarlıq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurmalı, öz statuslarına uyğun davranmalı, açıqlamaları və öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər. Mətbuat xidmətinin əməkdaşı həmişə diqqət mərkəzində, sanki kamera və ya mikrofon qarşısında olduğunu unutmamalı və özünü də buna adekvat aparmalıdır".
 Yenixeber.org xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri ilə bağlı deyib.
 
Əli Həsənov bildirib ki, Lütfi Zadə təkcə tanınmış alim deyil, həm də bizim dünyaca məşhur soydaşımızdır və Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.
 
"O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib, dövlət başçımızın şəxsiyyətinə dərin hörmət bəslədiyi, xalqımızın qürur duyduğu şəxs olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri statusunu daşıyan şəxsin məsuliyyət hissini itirərək, emosiyalara qapılaraq görkəmli alim haqqında belə ifadələr işlətməsi yolverilməzdir", - deyə Prezidentin köməkçisi qeyd edib.
 
Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri Akif Əlinin tanınmış alim Lütfi Zadə haqqında xoşagəlməz fikirləri cəmiyyətdə ciddi mənfi reaksiya doğurdu. Akif Əli istər mediada, istərsə də sosial şəbəkələrdə qınandıqdan sonra öz fikirlərinə görə üzr istəmək məcburiyyətində qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam