Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Donald Trampın son qərarının ağır nəticələri ola bilər

 

 

ABŞ prezidenti polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Yenixeber.org: Qərarın 15 gündən sonra qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, D.Tramp açıqlamasında son qərarla 170 min iş yerinin qorunacağını bildirib. Baxmayaraq ki, eks-prezident Corc Buşun dövründə verilən analoji qərar iqtisadiyyatın digər sahələrində 200 min iş yerinin itirilməsi ilə nəticələnib. Rüsumların artırılmasının Çindən çox Kanadaya təsir edəcəyi deyilir. Belə ki, polad idxalında Çin 2%, Kanada isə 16% xüsusi çəkiyə sahibdir. Həmçinin rüsumlar "Ford" və "General Motors" kimi nəhəng avtomobil şirkətlərinin xərclərinin artmasına gətirib çıxaracaq. Analitiklər bu 2 şirkətin ildə 500 mln. dollar itirəcəyini proqnozlaşdırıblar.

Xatırladaq ki, Avropa İttifaqı rəsmiləri ABŞ-a qarşı adekvat adıım ataraq cins şalvar, burbon və motosikllara əlavə gömrük rüsumu tətbiq edilə biləcəyini bildiriblər. Belə olduğu halda, ABŞ 190 min iş yeri ilə vidalaşmalı olacaq. Həmçinin mövcud qərar bəzi xarici dövlətlərin ABŞ-ın dövlət istiqrazlarını almaqdan imtina etməsinə səbəb ola bilər ki, nəticədə faizlər kəskin yüksələr. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam