Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-la AVROPA ARASINDA TİCARƏT SAVAŞI-"Deutsche Welle": "Avropa Birliyi özünəvurğun Trampın şantajlarına uymamalıdır"

Brend Rigert,

“Deutsche Welle” (Almaniya)

 

Yenixeber.org: ABŞ prezidenti Donald Tramp Avropa Birliyi ölkələrindən, Kanada və Meksikadan və bir sıra başqa dövlətlərdən polad və alüminium idxalına rüsum tətbiqini iyunun 1-dək təxirə salıb. Xatırladaq ki, ABŞ bu ilin mart ayında polad və alüminim idxalına yeni rüsum – polad üçün 25 faiz, alüminium üçün 10 faiz rüsum tətbiq edib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısı üçün keçərlidir. Bundan əvvəl Avstraliya, Argentina, Braziliya, Kanada, Meksika, Koreya, həmçinin Avropa Birliyi ölkələri möhlət almışdı.

“Deutsche Welle”nin şərhçisi Brend Rigert tənqidi məqaləsində Trampın bu addımını ABŞ-ın öz ticarət tərəfdaşlarına qarşı təhdidinin yeni mərhələsi kimi qiymətləndirir:

ABŞ prezidenti polad və alüminium idxalına rüsum tətbiqini daha 4 həftə uzatdı. Bu müddət ərzində o, öz şərtlərinin yerinə yetirilməsinə nail olmaq istəyir. Bu, televiziya şousuna bənzər ticarət siyasətidir. Əsas odur ki, reytinqi saxlayır və insanlar ona – Ağ Evdə oturan və guya ki, öz öləksini yenidən qüdrətli etməyə çalışan atəşli millətçiyə baxırlar.

Hətta Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Angela Merkelin bugünlərdə irəli sürdüyü təkliflər də nəticəsiz qaldı. Tramp onları özünün keçmiş “Namizəd” teleşousunda olduğu kimi, sadəcə evə göndərdi. Onun üçün əhəmiyyətli olan yalnız özüdür. Tramp şousu davam etməlidir. Hətta son nəticədə bu, Birləşmiş Ştatlara iqtisadi zərbə vursa belə.

Hələ ki ticarət iyuna qədər davam edəcək. ABŞ prezidenti və onun merkantil müşavirləri aydın şəkildə bildirdilər ki, Avropa Birliyinə polad və alüminium ticarət şərtlərini diktə etmək istəyirlər. Onlar ABŞ-ın rentabelsiz polad istehsalçılarını müdafiə etmək üçün idxal kvotası tətbiq etmək istəyirlər.

Bu tələblər bugünədək mövcud olan azad ticarət prinsipləri ilə ziddiyyət təşkil edir. Halbuki bu prinsipləri elə Birləşmiş Ştatlar özü Ümumdünya Ticarət Təşkilatı ilə birgə hazırayıb.

ABŞ-ın təkid etdiyi kimi, idxala kvota qoyulması ilə hələ ki, yalnız öz “patronlarını” qəzəbləndirmək istəməyən Cənubi Koreya razılaşır. Kanada və Braziliya – ABŞ-a polad və alüminium göndərən əsas ölkələr olaraq daha yumşaq şərtlərə ümid edir.

Avropa Birliyi heç bir halda Ağ Evin şantajlarına uymamalıdır. Rüsum tətbiqi ilə hədələyib öz iqtisadiyyatına kvota tətbiq etmək heç nəyə yaramayacaq. Trampa maksimum onu təklif etmək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə gömrük rejiminə dair razılaşma olsun. Bir şərtlə ki, ABŞ prezidenti rüsum tətbiqindən birdəfəlik imtina etsin.

Avropa Birliyi hər şeydən əvvəl vahid cəbhə kimi çıxış etməlidir. Əgər Trampın polad və alüminiumla bağlı planı işləsə, qoçaq prezident heç bir vicdan əzabı çəkmədən bunu iqtisadiyyatın digər sahələrində də tətbiq etməyə cəhd edə bilər. Məsələn, avtomobil ticarətində.

Kvotanın yardımı ilə ABŞ-ın polad sənayesini (amerikalı istehlakçıların məhsullarını almaq istəmədiyi sənaye) qorumağa çalışmaq absurddur. Amerikalı müştəriləri Avropadan gələn poladı almağa heç kim məcbur etmir. Avropa poladı ya daha yaxşıdır, ya ucuzdur, ya da hansısa başqa səbəb var. İdxal məhdudlaşarsa, ABŞ polad sənayesinin tez bir zamanda boşluğu dolduracaq gücü olmayacaq. Bu, sadəcə ABŞ prezidentinin fantaziyasıdır.

Bu baş verərsə, tədarük şəbəkəsi zərər görəcək, Amerika istehlakçıları üçün məhsulların qiyməti artacaq. Özünəvurğun Tramp üçün tərəfdaşlıq əlaqələri dünyasında iqtisadi məntiq keçərli deyil. O diqqət çəkmək istəyir və yaxın 4 həftədə buna nail olacaq.

Avropa Birliyinin gizlənmək üçün hər hansı səbəbi yoxdur. Yeri gəlmişkən, “Brexit”ə baxmayaraq, ABŞ-ın gömrük siyasəti Böyük Britaniyaya qətiyyən xoş gəlməyə bilər.

Donald Tramp danışmaq istəyir. Yaxşı, bütün əhəmiyyətli məhsul qrupları və Amerika prezidentinin dediyi kimi, ədalətli olacağı geniş bir gömrük razılaşması ilə əlaqədar vəzifələr haqqında danışacağıq. Daha sonra, çox tez bir zamanda, ABŞ-da ticarət balansının kəsiri gündəmə gələr. Və bununla əlaqədar avrozonada və ilk növbədə Almaniyada ticarət artımı müşahidə olunar.

Kəsirin ortaya çıxması (polad ticarətində olduğu kimi) ilə amerikalıların Avropa malını almağa məcbur qalması arasında bağlılıq yoxdur. Onlar özləri bu məhsulları almaq istəyirlər. Çünki bu məhsullar inkişaf edən ABŞ iqtisadiyyatına lazımdır. Birləşmiş Ştatlar özü uzun illərdir ki, dövlət borcunu artırmaqla bu tələbatı maliyyələşdirir.

Bu, böyük sərmayə axışına yol açır. Avropada istehlak sə sərmayə çox aşağıdır. Bu disbalansı ticarət siyasəti ilə korrektə etmək olmaz. Rüsum tətbiqi ilə heç olmaz.

ABŞ maliyyə xidmətləri sektorunda, təhsil və interet xidmətlərində ticari balansın səviyyəsi ilə öyünə bilər. Tramp bu sahələrin geriləməsini istəyir? Axı ABŞ bu sahələrdən pul qazanır. Bu nə dərəcədə ədalətlidir?”.

Qeyd edək ki, ötən şənbə Angela Merkel məsələni Emmanuel Makron və Britaniyanın baş naziri Tereza Meylə müzakirə edib. Müzkirələr zamanı hər üç lider ABŞ-ın Avropa məhsuluna rüsum tətbiq edəcəyi halda Avropa Birliyinin öz ticarət maraqlarını qorumağa hazır olduğunu bəyan ediblər. Bu bəyanatı onlara bir aylıq möhlət verən Trampa ünvanlanan ultimatum kimi də qəbul etmək olar…Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam