Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident İlham Əliyev Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında fərman imzalayıb

 

Yenixeber.org: Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılmaqla 10 min manat məbləğində müəyyənləşdirilir. Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Fərmana əsasən agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb.

Nizamnamədə agentliyin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları, qurumun idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, onun ləğvi və yenidən təşkili kimi məsələlər əksini tapıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam