Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan müdafiə nazirinin müavinindən etiraf-qurumda oğurluq baş verir

 

Ermənistan müdafiə nazirinin müavinindən oğurluq etirafı
Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan qurumda oğurluq hallarının olduğunu etiraf edib. 

Yenixeber.org: “news.am”-ın verdiyi xəbərə görə, nazir müavini jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyi sistemdə qanun pozuntularının aşkarlanması və cinayətkarların cəzalandırılmasında maraqlıdır.
“Təəssüflər olsun ki, bu cür hallar hələ də var. Belə halların tamamilə aradan qaldırıldığını iddia etmək olmaz. Lakin biz bu istiqamətdə intensiv işlər aparırıq. Vaxtaşırı KİV-də orduda hər hansı bir qanun pozuntusu, vəzifədən sui-istifadə edən şəxslərlə bağlı məlumatlara rast gəlmək olar”, - deyə Zakaryan vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda erməni KİV-ində Ermənistanın Müdafiə Nazirliyinin dərman bazasından 40 milyon dram məbləğində oğurluq edilməsinə dair məlumat yayılmışdı. Hərbi polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 2015-17-ci illərdə “N” saylı hərbi hissənin dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb. Faktla bağlı cinayət işi açılıb. “N” saylı hərbi hissənin komandir müavini, mayor L.A tutulub. Cinayətdə əli olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam