Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Dini təbliğatla bağlı cəzalarSƏRTLƏŞDİRİLİR - VİDEO

Dini təbliğatla bağlı cəzalar

 

 

Qanunsuz dini təbliğatla bağlı cəzalar sərtləşdirilir

 

Yenixeber.org: Dini etiqad azadlığı haqqında qanuna edilən dəyişikliklərin təsdiq olunması ilə buna müvafiq olaraq digər qanunvericilik sənədlərində o cümlədən cinayət məcəlləsində də dəyişikliklər ediləcək. Dini qurumlarla iş üzrə dövlət komitəsi bunu maarifləndirici tədbirlərin kifayət etməməsi ilə əsaslandırır. Qurumun sədr müavini xəzər xəbərə açıqlamasında xarici ölkələrdə dini təhsilin yaratdığı təhlükədən də danışıb.

Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozanlara qarşı cəzalar sərtləşdirilir. Bir müddət əvvəl Milli Məclisdə qəbul olunandini etiqad azadlığı haqqında qanuna dəyişikliyin dövlət başçısı tərəfindən təsdiq olunması ilə bir sıra digər qanunvericiklik aktları o cümlədən cinayət məcəlləsinə də dəyişiklik edilməsi zərurəti yaranıb. Yəni dini təbliğatda qanunun tələblərini pozanlar cinayət məsuliyyəti daşıyacaq. Qüvvəyə minən dəyişikliyə əsasən islam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış azərbaycan vətəndaşı tərəfindən "dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. Xaricdə dini təhsil məsələsinə də toxunana komitənin sədr müavini Səyavuş heydərov bildirib ki, xarici ölkələrdə dini təhsil özünü doğrultmur. Çünki bir çox hallarda orada təhsil alan gənclərimizi yad ideologiyaların təsirinə məruz qalır. Elə dövlət başçısının sərəncamı ilə ilahiyyat institutunun yaradılması da yad təsirlərin qarşısının alınması məqsədi daşıyır. Hazırda təhsil ocağının fəaliyyətə başlaması üçün işlər aktiv fazada həyata keçirilir.

Səyavuş Heydərov bildirib ki, Azərbaycan vətəndaşlarının xaricdəki münaqişə ocaqlarına getməsi və silahlı qruplaşmaşlara qoşulmasında məhz yad ideologiyaların təsiri böyük rol oynayır. Belə halların qarşısının alınması üçün aparılan maarifləndirmə və təbliğat işləri nəticəsini göstərməkdədir. Belə ki, son il yarım ərzində belə hallarla bağlı quruma məlumat daxil olmayıb. /xezerxeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam