Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzər dənizində narkotik əməliyyatı- FOTOLAR

Xəzər dənizində narkotik əməliyyatı - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.
Yenixeber.org: DXS-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.

Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb.

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.





 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam