Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

 

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

Milli Məclisin bir qrup deputatı Türkiyəyə səfər edəcək.

Yenixeber.org xəbər verir ki,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanacaq.

Səfər çərçivəsində Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam