Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sevil massivinin işçisi itkin düşdü

 

Bu barədə anspress-ə itkin düşən 1977-ci il təvəllüdlü Vüqar Əlvan oğlu Qurbanovun həyat yoldaşı Gülnar Qurbanova məlumat verib.

"Xeberinfo.com": G.Qurbanovanın sözlərinə görə, onun həyat yoldaşı dünən səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

“Vüqar “Sevil” massivində tikintidə usta işləyirdi. Massivlə bağlı cinayət işi açılandan sonra o, bir neçə ayın maaşını ala bilmədi. Bununla əlaqədar Vüqar və onun iş yoldaşları etirazlar da ediblər. Dünən isə Höküməli bələdiyyəsindən Vüqara zəng gəlib. Deyiblər ki, maaşınızı gəlib götürə bilərsiniz. Vüqar da onunla birlikdə işləyən dostuna zəng edərək deyib ki, maaşlarımızı verirlər, gəl gedək alaq. Lakin o saatdan sonra Vüqara zəng çatmayıb. Dostu təyin etdikləri görüş yerində Vüqarı uzun müddət gözləyib. Hazırda Vüqardan heç bir xəbər yoxdur”, deyə G.Qurbanova bildirdi.

O, həmçinin qeyd etdi ki, V.Qurbanov heç Hökuməli bələdiyyəsinə gedib çıxmayıb.

G.Qurbanova məsələ ilə bağlı Səabil rayonu 9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Bölmə ilə biz də əlaqə saxladıq. Bölmədən bildirdilər ki, V.Qurbanovun ailəsi ərizə ilə müraciət edib və itkin düşən şəxsin tapılması istiqamətində işlər aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam