Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı metrosu yeni qatarlar alır

Bakı metrosu yeni qatarlar alır

 

 

Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti "81-765/766" modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalayıb

 

Yenixeber.org: Bu barədə şirkətin daxil olduğu "Transmaşholdinq" (TMH) bildiriblər.

"Hər qatarda iki baş və üç mühərrikli aralıq vaqon var. Vaqonların hesablanmış xidmət müddəti 31 il təşkil edir", - deyə, məlumatda bildirilir. İlk qatarların mart ayında Bakıya gətiriləcəyi gözlənilir, müqavilə 2018-ci il ərzində icra olunmalıdır.

Qeyd edək ki, bu qatarlar əvvəlki modellərlə müqayisədə birbaşa qapı keçidlərinə, həmçinin qapıların bağlanılması və açılması üçün yeni işıq bildiriş sisteminə, səsboğucu qurğularla təchiz edilmiş təkərlərə, kondisioner, ventilyasiya və havanın zərərsizləşdirilməsi sisteminə malikdir.

Sonuncu dəfə Azərbaycana yeni metro qatarları 2015-ci ildə gətirilib. Həmin vaxt "Metrovaqonmaş" Fransanın Alstom şikrəti ilə birlikdə birbaşa keçidli vaqonlara malik üç qatarı Bakı metrosuna təqdim etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam