Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı metrosunda daha bir yenilik - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq -FOTO - YENİLƏNİB

 

 

Bakı metrosunda daha bir yenilik - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq -

 

Dünəndən etibarən "Bakı Metropoliteni" QSC ilə "Metrovaqonmaş"la imzalanmış müqavilə çərçivəsində Bakıya yeni qatarlardan biri gətirilib

Yenixeber.org:  Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "APA"ya verdiyi xəbərə görə, artıq qatar depodadır.

"Hal-hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək", - deyə N. Paşayev vurğulayıb.

Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. "Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir. Bakı metrosuna gətiriləcək yeni qatarlarda mobil telefonları enerji ilə doldurmaq mümkün olacaq.

 

 


Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti arasında "81-765/766" modelli beşvaqonlu qatarların Bakıya tədarükü ilə bağlı müqavilə imzalanıb.  

Müqaviləyə görə, Rusiyadan Azərbaycana 2018-ci ildə iki qatarın gətirilməsi nəzərdə tutulur.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam