Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı

 

      "xeberinfo.com": Hazırda məhbəsdə olan teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyev azadlığa buraxılıb. XAtırladaq ki, A.Əliyev İ.Mİrzəyevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib.   

O, İ.Mirzəyevin qohumu ilə ailə həyatı qurub.   
İ.Mirzəyev iddia edib ki, A.Əliyev “Space” telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub. Məsələn, mobil operatorlardan alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də “Space” telekanalının yaxınlığında olmayıb.   
Həmin vaxt onun telefonu “8-ci kilometr” qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi.   
Aprelin 12-də Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevi dələduzluqda ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçib.   
Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam