Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Xalid Mədətov layiqli cəzasını aldı”

 

“Xalid Mədətova ən yüksək cəzanı veriblər. Cinayət məcəlləsində onun işi ilə bağlı 7-ildən 12 ilədək cəza göstərilirdi”. 

   "Xeberinfo.com": Bunu açıqlamasında həyat yoldaşı və azyaşlı nəvəsi faciəli şəkildə ölən xalq artisti bildirib.Xalq artisti Xalid Mədətova kəsilən cəzadan razı qaldığını bildirib.“Cinayət törətmişdi cəzasını da aldı. Mən özüm məhkəmədə iştirak etmirdim, oğlum hamımızın adından iştirak edirdi. Sağ olsun məhkəmə, ona layiq olduğu cəzanı verdi”.

    Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsi “Mersedes-Benz G-55″ markalı avtomobilin sürücüsü Xalid Mədətov günahı ucbatından baş verib.

    Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

     Xatırladaq ki, X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam