Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fəqan Nəsibovla bağlı verilən apellyasiya protesti geri qaytarılıb

 

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti hərəkətsiz saxlanılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, F.Nəsibov daha əvvəllər Binəqədi Rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. O, polis vəzifəsindən ayrılandan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirib.

İttiham aktına əsasən, F.Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

Xatırladaq ki, F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

F.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam