Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moskvada azərbaycanlı avtoritet saxlanıldı

Moskvada azərbaycanlı avtoritet saxlanıldı

 

 

Moskvada Rusiyada 20 il ərzində müxtəlif adlarla hüquq-mühafizə orqanlarından gizlənən, Azərbaycandan olan mütəşəkkil cinayətkar dəstənin lideri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb

 

Yenixeber.org: Bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk jurnalistlərə verdiyi açıqlamada bildirib.

Rəsminin sözlərinə görə, Cənubi Qafqazda doğulmuş 49 yaşlı həmin şəxs Azərbaycanda törətdiyi  soyğunçuluq, insan oğurluğu və banditizmə görə beynəlxalq axtarışda olub. 

Onun  polisin SOBR xüsusi təyinatlılarının dəstəyi ilə Miçurin prospektində keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilir.

“Sözügedən şəxs 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Başqasının SSRİ vətəndaşı pasportundan istifadə etməklə, Rusiya vətəndaşlığı və Rusiya ümumvətəndaş pasportunu əldə edib.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, həmin adla Azərbaycanda başqa bir şəxs yaşayır”, – deyə Volk bildirib.

Volk bildirib ki, cinayətkarın Rusiya vətəndaşlığı ləğv olunub, əldə etdiyi pasport isə etibarsızlaşdırılıb.

Onun kirayə qaldığı mənzildə aparılan axtarış zamanı İJ-70, Brauninq tapançaları, 9 mm kalibrli 23 patron, həmçinin üzərində cinayətarın şəklinin həkk olunduğu və şəxsi məlumatlarının qeyd edildiyi saxta Qazaxıstan pasportu aşkarlanıb.

Cinayətkara qarşı qanunsuz silah dövriyyəsi ittihamı ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Cəza müddəti başa çatdıqdan sonra onun Azərbaycana ekstradisiya olunacağı bildirilir.

Hal-hazırda saxlanılan şəxsin Rusiya Federasiyası ərazisində digər cinayətlər törədib-törətməməsi araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam