Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

9 yaşlı qıza qarşı soyğunçuluq edildi- FOTO

 

9 yaşlı qıza qarşı soyğunçuluq edildi - FOTO
Daxili işlər orqanlarınnın əməkdaşları tərəfindən şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib.

Məlumata görə, dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçayrayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam