Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir erməni təxribatının qarşısı alındı-Moskvada

 

Növbəti erməni təxribatının qarşısı alındı

Yenixeber.org: Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam