Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ziya Məmmədovun 100 milyonluq layihəsi alınmadı

Ziya Məmmədovun 100 milyonluq layihəsi alınmadı

 

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 100 milyon manat vəsait hesabına qurduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulacaq

 

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a verdiyi geniş müsahibədə danışıb.

M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci ildən fəaliyyətə başlayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə BNA-nın yaranmasından 4 il sonra yaradılıb.

BNA sözçüsü əlavə edib ki, 100 milyon manat hesabına ərsəyə gələn NİİM-in təyinatı üzrə əhaliyə xidmət göstərməsi üçün Agentlik tərəfindən hazırda kompleks tədbirlər görülməkdədir.

Qeyd edək ki, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Mərkəz sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə 100 milyon manata yaxın vəsait hesabına ərsəyə gəlmişdi. 2011-ci ilin sonunda açılışı olan Mərkəz fəaliyyətə başladığı gündən etimadı doğrultmayıb.

NİİM yaradıldıqdan sonra xeyli vəsait xərclənərək şəhərdəki bütün dayanacaqlar dəyişdirilib yeniləri ilə əvəzləndi, bütün dayanacaqlar elektron manitorlarla təchiz edildi. Əslində manitorlar marşrutların gediş-gəliş vaxtını, aradakı intervalı, tıxac olan əraziləri, havanın temperaturunu və sair kimi daha önəmli məlumatları operativ olaraq göstərməli idi. Lakin fəaliyyətə başladığı gündən gözləntilər özünü doğrultmadı. Hazırda əksər manitorlar işləmir, bir çoxları sıradan çıxıb, bəziləri isə yağış suyunun təsirindən yararsız hala düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam