Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana və İtaliyaya səfəri başlayıb

 

Yenixeber.org: Səfər Roma Papası Fransisikin dəvəti əsasında həyata keçirilir. 

“Papa Fransisk 2014-cü il noyabrın 28-30-da ölkəmizə gəlmiş, Ankara və İstanbulda görüşlər keçirmiş, tarixi və müqəddəs yerləri gəzmişdi. Biz də indi cavab ziyarətinə  gedirik. Bu ziyarəti insani dəyərlərə diqqət edilməsi, dostluq və sülh mesajlarının verilməsi baxımından əhəmiyyətli bir fürsət olaraq, görürəm”, - deyə Türkiyə prezdenti səfərə yola düşməmişdən əvvəl bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Vatikandakı görüşlərdən sonra Romada İtaliya prezidenti Sergio Mattarella və baş nazir Paolo Gentiloni ilə bir araya gələcək.

Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq, Liviyadakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni, Qüds məsələsini müzakirə edəcəklər. Türkiyə prezidenti İtaliya ilə ikitərəfli ticarət əlaqələrini 2020-ci ilədək 30 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyduqlarını da söyləyib.

Qeyd edək ki, Vatikana sonuncu dəfə 1959-cu ildə Türkiyə prezidenti Celal Bayar səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam