Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısından ehsan verənlərə 400 manat cərimə xəbərdarlığı

 

 

    Bir müddət öncə Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyması haqda məlumat vermişdik
   İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər.
    "Xeberinfo.com": Sakinlərin bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq ediblər.
    Onlar bildiriblər ki, icra nümayəndələri ev sahiblərindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar.
Məlumata görə, icra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər.
Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər.
Bir daha qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam