Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Dəmirbank"ın xanım filial müdirinin işi- sürücüsü də dindirildi

 

 

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"Dəmir Bank"da əməliyyatçı işləmiş Könül Məmmədova şahid kimi ifafə verərkən əmanətlərin qoyulması ilə bağlı proseduru izah edib.

O söyləyib ki, müştərilər müraciət etdikdən sonra sənədləşmə aparılıb:

"Sonra kassaya ödəniş edərək əmanəti qoyur və kassadan verilən sənəd əsasında müqavilə imzalanır. Hər şey sistem üzrə aparıldığı üçün biz qaydaları poza bilməzdik".

F.Rəşadətli bildirib ki, Axundovlarla bağlanan müqavilələrdən işçilərin xəbəri olmayıb.

Digər şahid, bankın mühasibi Rövşən Quliyev isə bildirib ki, onun işlədiyi dövrdə hər hansı qanun pozuntusu olmayıb.

O qeyd edib ki, rəhbərlik ona hər hansı qanunsuz tapşırıq verməyib:

"Mən qanunu pozmamışam. Rüstəm Qasımovla müqavilə imzalanan zaman manatla əmanətlərə 15 faiz qaydası var idi. Əmanətçilərin kitabçaları kassada saxlanılırdı. Kimsə pul çıxaranda bunu sistemdə də kitabçalara qeyd edirdik. Balansda hər şey aydın görsənirdi. Əsas müqavilə idi. Ona görə də kitabçanı kim istəsə ona verirdik, zəruri bir sənəd deyildi".

Fərəh Rəşadətlinin sürücüsü olmuş Elvin Kərimov da məhkəmədə ifadə verib.

O deyib ki, zərərçəkən Ruslan Qasımovun epizodu üzrə istintaqda dindirilib: "Ruslan demişdi ki, ona pul verilməyib. Amma Fərəh xanımla bir yerdə getmişik. Fərəh xanımın anası bükülü bir pulu Ruslana verdi, mən pulun özünü görmədim, amma dedilər, 75 mindir. Mən özüm də Ruslana 3-4 dəfə pul aparıb vermişəm. Ruslan VTB bankda işləyirdi, orada verirdim. Amma pulun məbləğini bilmirdim".

Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək.

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatını ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib. İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam