Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq müdirin xanımından şok etiraf: 253 min manat götürmüşəm

zaminbank

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:  Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı Aygün Bayramova bildirib ki, “Zaminbank” ASC-dən 253 min manat kredit götürüb. A.Bayramova istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra prosesdə ifadə verən şahid Vüqar Gözəlov təqsirləndirilən şəxslərdən yalnız M.Bayramovu tanıdığını deyib. Bildirib ki, təqsirləndirilən şəxs onun atası ilə dost olub. Təqsirləndirilən şəxs M.Bayramov bildirib ki, V.Gözəlovun atasından onun sənədlərini gətiməsini xahiş edib. Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

İttihama görə, “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda – 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam