Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Gömrükdən Ziya Məmmədova zərbə

 

 

 

 

           Yüzlərlə taksi cərimə məntəqəsinə göndərildi
    Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan “Bakı Taksi Şirkəti” MMC ilə bağlı ilginc məlumat yayılıb.
      "Xeberinfo.com": Məlumata görə, şirkətin tabeliyində olan “London taksi”ləri kimi tanıdığımız sərnişindaşıma avtomobillərinin bir hissəsi ölkəyə gətirilən zaman dövlət gömrük qeydiyyatından keçirilməyib.
Xəbərdə bildirilib ki, indiyə kimi Bakıya şirkətinə məxsus 1000 ədəd taksi avtomobili gətirilərək istismara verilib. Bu avtomobilərin dövlət nömrə nişanı isə 90 AT 001-dən başlayır. Yəni ümumilikdə 1000-ə yaxın avtomobil hazırda istismardadır. 
Gömrük Komitəsi isə dövlət nömrə nişanı 90 AT 504-ə qədər olan avtomobilləri qeydiyyatdan keçirib. Say etibarı ilə sonrakı dövlət nömrə nişanı ilə istismarda olan taksilər isə dövlət qeydiyyatına alınmadan istismara verilib. 
Bir neçə gün əvvəl isə yaranmış vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsi sərt addımlar atıb. Belə ki, Dövlət Gömrük Komitəsinin qərarı əsasında xeyli sayda taksi avtomobili müvəqqəti saxlanma meydançasına aparılıb. 
Məsələ ilə bağlı “Bakı Taksi Şirkəti” MMC-dən münasibət öyrənmək mümkün olmayıb. 
Dövlət Gömrük Komitəsindən isə məlumatı təsdiqləyiblər. 
Dövlət qeydiyyatından keçmədən yüzlərlə avtomobilə dövlət nömrə nişanının necə verilməsi sualına aydınlıq gətirəcəyik...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam