Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda silahlı insident:borca görə

 

 Xeberinfo.com:    Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi “Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E. Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib.

E. Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S. Şahəliyev tutulub.

Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S. Şahəliyevin E. Eyvazova borcu olub. E. Eyvazov borcunu tələb etdiyi üçün S. Şahəliyev onu güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam