Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Borca görə Gürcüstana qaçmaq istəyənlər tutuldu- Foto

 

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqa­mətində tədbirlər davam edir

 

Yenixeber.org: DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 4- də Azərbaycan vətəndaşları - 11.01.1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 06.08.1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.

Aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.

Yanvarın 8-də isə Azərbaycan vətəndaşı, 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam