Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İtmiş təyyarənin tapılması üçün 70 milyon dollar...

İtmiş təyyarənin tapılması üçün 70 milyon dollar...

 

Malayziya hökuməti “Malaysia Airlines” şirkətinin MH370 reysinin 90 gün ərzində tapılması üçün ABŞ-ın “Ocean Infinity Ltd.” şirkətinə 20 milyon dollardan 70 milyon dollaradək ödəməyə hazır olduğunu bildirib

Yenixeber.org: Bu barədə tərəflər arasında razılaşma yanvarın 10-da imzalanıb. Müqavilənin şərtlərinə görə, ABŞ şirkəti yanvarın ortalarında Hind okeanının cənubunda 25 min kvadratkilometr ərazini tədqiq edəcək.

Malayziyanın nəqliyyat naziri Liau Tionq Lay bildirib ki, “Ocean Infinity Ltd.” şirkəti təyyarənin parçalarını, reysin qeydiyyat qurğusunu və ya diktofon kabinəsini aşkar etməlidir.

Əgər ABŞ şirkəti təyyarənin qalıqlarını və ya “qara qutu”nu ilk 5 min kvadratkilometrdə aşkar edərsə, 20 milyon dollar, 10 min kvadratkilometrdə 30 milyon dollar, 10 min kvadratkilometrdən geniş ərazidə taparsa, 70 milyon dollar alacaq.

Nazir deyib ki, mütəxəssislərin rəyinə əsasən təyyarənin parçalarının tapılmasına 85 faizlik inam var.

Xatırladaq ki, Malayziya şirkətinə məxsus sərnişin təyyarəsi 2014-cü il martın 7-dən 8-nə keçən gecə Kuala-Lumpur - Pekin reysini həyata keçirərkən radarlardan itib. Təyyarənin göyərtəsində 239 nəfər olub.

“Ocean Infinity Ltd.” şirkəti dəniz dibinin tədqiq ilə məşğul olan gəmisini artıq Cənubi Afrikanın Durban limanına göndərib. Gəminin göyərtəsində yan müşahidə qabiliyyətli hidrolokatorlarla təchiz edilmiş səkkiz batiskaf və 6 min metr dərinlikdə işləməyə qadir digər müasir texnologiyalar var.

 

“Bizi real perspektivlər gözləyir”,- deyə jurnalistlərə müraciət edən şirkətin nümayəndəsi Oliver Planket bildirib ki, gəmi axtarışlara yanvarın 17-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam