Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məmurun ailə faciəsi:"Azəriqaz" 1.2 milyon ödəyəcək

 

 

3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən Azəriqaz İctimai Birliyinin (İB) Bakı Regional Qaz İstismar Departamentinin, Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləmiş Nəzərov Pənah Məmmədalı oğlu yenidən hakim qarşısına çıxarılıb

 

Yenixeber.org: Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilən Pənah Nəzərov aldığı cəzadan narazı qalaraq apelyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, 1969-cu il təvəllüdlü Pənah Nəzərov Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.

Mülki iddiaçı Gülnar Novruzova məhkəmədə maddi zərərin əvəzi qismində 729 min manat, mənəvi zərərin əvəzi qismində isə 500 min manat olmaqla, cəmi 1 milyon 229 min manat mülki iddia qaldırıb.

Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı mülki iddiada göstərilən vəsaitin “Azəriqaz” İB-dən tutulub Gülnar Novruzovaya ödənilməsini qərara alıb.

Qeyd edək ki, bir aliənin faciəsinə səbəb olan partlayış ötən ilin oktyabr ayında Hökməli qəsəbəsində baş verib. Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin Aparat rəhbəri Müşviq Qurbanovun evində baş verən dəhşətli partlayış 3 nəfərin ölümü ilə nəticələnib.

Partlayış nəticəsində 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ailənin digər üzvü 2004-cü il təvəllüdlü Leyla Qurbanlı isə ağır dərəcəli yanıq xəsarətləri alıb.

Mərhum Şəbruz Novruzova Bakıda tanınmış cərrahlardan olub.

Abşeron Rayon Məhkəməsinin qərardan narazı qalan “Azəriqaz” İB Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Mülki cavabdeh olan “Azəriqaz”ın nümayəndəsi Əlibaba Rzayev apelyasiya şikayətində hökmünün mülki iddiaya dair hissədə ləğv edilməsini və mülki iddianın təmin edilməməsini istəyib.

Bildirib ki, partlayış baş verən evdə olan məişət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri saxtadır. Nümayəndənin fikrincə, qeyd edilən məbləğ həddindən artıq şişirdilmiş qiymətlərlə hesablanıb və təqdim edilmiş əşyaların mövcudluğu yalnız zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən təqdim edilmiş siyahı ilə məyyən edilib.

“Azəriqaz”ın nümayəndəsi əlavə edib ki, mülki iddiaçı olaraq Gülnar Novruzovanın tanınması da yalnışdır. O, bu fikrini belə əsaslandırıb ki, mülki iddia vermək hüququ yalnız zərərçəkmiş şəxslərin hüquqi varislərinə aid olan bir hüquqdur.

“Məhkəmə mənəvi zərərin əvvəzi olaraq mülki cavabdehdən 500 min manat tutulması barədə qərar qəbul edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almayıb. “Azəriqaz” dövlət büdcəsindən maliyyələşən müəssisədir və qeyd olunan məbləğin tutulması birliyin normal fəaliyyətinə olduqca mənfi təsir göstərəcəkdir. Mənəvi zərərin əvəzinin 500000 manat məbləğində müəyyən edilməsi ağlabatan deyildir”- deyə nümayəndə qeyd edib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Gülnar Novruzova isə apellyasiya şikayətində mənəvi zərərə görə 1 milyon manat ödənilməsini tələb edib.

G.Novruzova “Azəriqaz” cinayət işi üzrə məsuliyyətə cəlb edilməyən digər məsul vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılmasını istəyib.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin deilməməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. “Azəriqaz” zərərçəkmiş tərəfə 1 milyon 229 min manat ödəməlidir.

İttihama görə Pənah Nəzərov səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan cinayət əməli törədib.

Belə ki, P.Nəzərov Azəriqaz İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləyərkən qazdan istifadə qaydaları, qaz təsərrüfatında təhlükəsizlik qaydaları, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərini pozub.

İttihamda yazılır ki, P.Nəzərov vəzifə funksiyalarına görə texniki sənədləşmə və texniki baxış qrafiklərinin tərtib olunmasının ona həvalə edilməsinə baxmayaraq, öz xidməti vəzifəsini yerinə yetirməyib Abşeron rayon Texniki İstismar ərazisində, Sulutəpə-Xırdalan daşıyıcı qaz kəmərində və istismara verilməsində 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə qaz sızması baş vermiş qaz kəmərinə baxış və təmir işlərinin keçirilməsi ilə bağlı tədbirlər görməyib, bununla da onun işə laqeyd münasibəti nəticəsində, 20 oktyabr 2016-cı il tarixdə saat 06 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Aşıq Ələsgər küçəsində yerləşən Novruzova Şəbruz Aydın qızına məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib.

Partlayış zamanı iki mərtəbəli yaşayış evinin 250.88 kv.m sahəsi tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İttihamda qeyd edilir ki, P.Nəzərov evin bərpası üçünn ƏDV də daxil olmaqla sərf ediləcək vəsait nəzərə alınmaqla, 181 min 502 manat, evdə olan əmlakın bütünlüklə yanaraq məhv olması nəticəsində 141 min 721 manat olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 323 min 223 manat məbləğində külli miqdarda ziyanı vurulmasına səbəb olan cinayət əməlini törədib.

Bu işdə zərərçəkmiş şəxs ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı tanınıb. Onun qanuni nümayəndəsi və mülki iddiaçı qismində Gülnar Novruzova, partlayış zamanı dünyasını dəyişən Şəbruz Novruzovanın hüquqi varisi isə Nuşirəvan Novruzov tanınıb.

İş üzrə mülki cavabdeh tərəf isə Azəriqaz İB-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam