Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ı Niyə Mixail Saakaşvili binanın damına çıxdı?– AÇIQLAMA

ı Niyə Mixail Saakaşvili binanın damına çıxdı?

 

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində saxlanılmasının təfərrüatlarını açıqlayıb

Yenixeber.org:  Saxlanıldığı gün ukraynalı polislər onun yaşadığı ünvana səhər saat 7.00-da gələrək 45 dəqiqə ərzində mənzilin qapısını qırmağa çalışıblar.

Onun sözlərinə görə, polislər mobil rabitə əlaqəsini süni yolla bloklayıblar.  M.Saakaşvili qeyd edib ki, tərəfdarlarına zəng edib hadisə barədə məlumat vermək məqsədi ilə binanın damına qalxmağa qərar verib. O, dama çıxmaqla iki saat vaxt udduğunu  qeyd edib: “İnsanlar yuxudan oyandı, məlumatı əldə etdi və nəticədə binanın qarşısında xeyli sayda tərəfdar və KİV nümayəndələri toplaşdı”.

Gürcüstanın sabiq prezidenti binanın damında əllərinə qandal vurulmasına imkan vermədiyini qeyd edib. Onun sözlərinə görə, mənzilə daxil olduqdan sonra polislərə duş qəbul etmək istədiyini bildirib: “Mən duş qəbul edərkən polislər vanna otağının qapısını döyməyə başladı, sonra otaqda dava düşdü və sonda polislər onun  əllərinə qandal vurmağa nail oldular”.

Mixail Saakaşvili təcridxanada ona normal münasibət göstərildiyini qeyd edib: “Adi, standart və təmiz kamera idi, 13 saylı. Yeri gəlmişkən, duş kabinəsi ilə təchiz edilmiş yeganə kamera idi. Yeməkdən imtina etmişdim, amma çayla problem yox idi, istənilən kimi verilirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam