Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda 250 min dollara it satılır:“Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı...”

 

Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.

Yenixeber.org: Saytın “heyvanlar” bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.

“Bu soxulcanlarla kənd təsərrüfati üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə - biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır”-elan müəllifi bildirir.

Saytda ən çox it və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir.  Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin  Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.

Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.

“Scottish fold” pisiyi 500 manat, “Şinşila” (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: “Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi “şinşila”dır  (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram”.

Saytda donuz satan da tapdıq.  Məlum oldu ki,  çəkisi 28-32 kq arası olan 17 baş donuz 5 min 500 manata təklif olunur.  

Digər elanda isə  satıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:“Quru tisbağasıdır, təmiz saxlayıram. Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir – xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir – 15 sm. İnsanı dişləmir”.

Saytda meymun satanlar da az deyil.  Qiymətlər isə 2500-3000 manat arasında dəyişir. Bundan başqa, meymunu günü 100 manata icarəyə verən də var.

Pasportlu Makaka meymunun qiyməti isə 2500 manatdır: “Makaka meymun 2 yaşındadır. Çox ağıllı meymundur. Əhliləşib, insan kimi dil başa düşür . Həm də maraqlı bacarıqları var. Pasportu var, bütün peyvəndləri vurulub”.

Lakin saytda ən maraqlı və qeyri-adi elan “Tibet mastifi” cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir və  hansı özəlliyi onu bu cür baha edir?

Elanı yerləşdirən şəxslə-Vüsal Əsədovla əlaqə saxladıq. O bildirdi ki, it nadir cinsdəndir, ona görə də belə bahadır.  “Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki - ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər”-V.Əsədov deyir.

Belə məlum olur ki, Vüsal Əsədov xaricdən cins itlərin sifarişlə gətirilməsi ilə neçə vaxtdır məşğuldur. Elan sahibi deyir ki, Ukraynada təhsil alıb və orada çoxlu tanışlar tapıb.

“Xaricdən sifarişlə it gətirmək işinə o vaxtdan başladım. Sifariş olsa istənilən cinsdən it gətirə bilərəm. Sifarişsiz bu işlə məşğul olmuram. Çünki bir dəfə özbaşıma gətirdim, sonra iti alan olmadı, üstümdə qaldı. Ona görə də sifarişi verərkən müştəri heyvanın qiymətinin 50 faizini ödəməlidir. Qalan hissəsi isə it təhvil veriləndə ödənir”.

Vüsal Əsədov deyir ki, gətirdiyi itlərin bütün sənədləri qaydasında olur və sağlamlığına təminat verilir: “Mən itləri Çindən, Rusiyadan, Tatarıstandan və başqa ölkələrdən gətirirəm. Bu itlər təyyarə ilə gətirilir, adətən 5-8, maksimum 12 günə sifarişçiyə çatdırılır. Gömrükdə də heç bir problem olmur, çünki heyvanların doğum sənədləri, çipləri, sağlamlıq kartları var. Ölkəyə keçirərkən veterinar nəzarətindən keçir. İndiyə qədər  əsasən 10-15 min dollarlıq itlər gətirmişəm”.

Nə demək olar, Allah 250 min dollarlıq iti satmağda da bazar yetirsin. Bu itə görə Bakıda villa təklif edən tapılıbsa yəqin nəğd pul təklif edən də tapılar...(virtualaz)

Gülnar Əliyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam